azia.az
azia.az

Prezident sərhəddəki vəziyyətdən DANIŞDI

14-09-2022, 14:13

Prezident sərhəddəki vəziyyətdən DANIŞDI
Prezident İlham Əliyev Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.

Azia.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.



Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.



Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi