azia.az
azia.az

Aİ Şurasının prezidenti İlham Əliyevə zəng etdi

16-11-2021, 19:31



Aİ Şurasının prezidenti İlham Əliyevə zəng etdi
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prezident İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin Mətbuat Xidməti tərəfindən verilən məlumata görə, söhbət əsnasında Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.

Dövlət başçısı Azərbaycan tərəfdən yaralıların olduğu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb. İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi