azia.az
azia.az

Bakıda evində tiryəkxana təşkil edən qadın TUTULDU - FOTO

11-09-2022, 18:10

Bakıda evində tiryəkxana təşkil edən qadın TUTULDU - FOTO

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə tiryəkxana təşkil edən qadın saxlanılıb.
Bakıda evində tiryəkxana təşkil edən qadın TUTULDU - FOTO
Xəbər verilir ki,Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, saxlanılan Günay Məmmədovanın üzərindən və Nizami rayonunda yaşadığı evdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

G.Məmmədovanın evində narkotik vasitələrin qəbulu və paytaxt ərazisində narkokuryerliklə məşğul olan daha iki nəfər - Elçin Mirzəyev və Teymur Orucov da saxlanılaraq istintaqa cəlb ediliblər.
Bakıda evində tiryəkxana təşkil edən qadın TUTULDU - FOTO
Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin istintaq şöbəsinə göndərilib.

Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi