Bakıda havanı üfunət iyi bürüməsi ilə bağlı müraciət
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi (Heydər Əliyev Fondunun inşa etdirdiyi "tələbə yataqxanası" deyilən ərazi) sakinləri adından cənab Prezidentə
MÜRACIƏT:
Çox hörmətli ölkə rəhbəri. Biz, Aşağı Güzdək sakinləri yeni qəsəbəmizdə kanalizasiya sisteminin ümumiyyətlə olmamasından çox əziyyət çəkirik və dəfələrcə aidiyyatı qurumlara müraciətimiz nəticəsiz qalıb. Sonuncu dəfə, iyul ayının 19- da Azersu ASC- nin birinci müavini Teyyub Cabbarovun qəbulunda kollektiv şəkildə müraciətimizi etdikdə, o Prezident Apparatına müracət etməyimizi və kanalizasiya sisteminin irihəcmli inşası üçün büdcədən pul ayrılması üçün Sizin qərarınızla vəsait ayrılmasını xahiş etməyimizi bildirdi.
Cənab Prezident, artıq illərdir kanalizasiya sisteminin olmamasından qəsəbədə üfunət, qoxu, iy, xəstəlik yayılır ku, artıq burda normal yaşamaq qeyri mümkümdür; çox acınacaqlı vəziyyətdəyik.
Xahiş edirik, ən qısa zamanda büdcədən kanalizasiya sisteminin çəkilişi üçün maliyyə ayırasınız ki, biz bu acınacaqlı təxirəsalınmaz məişət problemindən qurtulaq.
Hörmətlə: Abşeron rayonu, Aşağı Güzdək sakinləri. 10.09.2022- ci il