Dələduzlara milyonları qapdıran vətəndaş Baş Prokurordan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bakı şəhəri, S. Vurğun küçəsi, ev 36, mənzil 27 ünvanında qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Ağaquliyev Ədalət Valeh oğlu tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev cənablarına müraciət ünvanlanıb. DİA.AZ narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edir:
"Hörmətli Kamran müəllim! Bildirirəm ki, mənim şikayətim əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də 220060363 saylı cinayət işi, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilərək, 25 iyul 2022-ci il tarixdən cinayət işi başlanaraq istintaq olunur.
Cənab Baş prokuror!
Bildirirəm ki, Misirov Elzadə Əziz oğlu məni aldadaraq, dələduzluq etməklə küllü miqdarda, bizim nəslimizin pulunu talamışdır.Mənə və qohumlarıma, Misirov Elzadə Əziz oğlundan və onun himayədarlarından dəymiş ziyanın ümum məbləği 937,813 (Doqquz yüz otuz yeddi min səkkiz yüz on üç) ABŞ dolları + əlavə dəymiş ziyanların məbləği 1,067,000 (Bir milyon altmış yeddi min) ABŞ dolları təşkil edərək ümumilikidə dəymiş ziyanın ümum məbləği 2,004,813 (İki milyon dörd min səkkiz yüz on üç) ABŞ dolları olduğunu bildirirəm.
Həmin cinayət işi üzrə mənə qarşı dələduzluq edərək, cinayət törətmiş şəxs Misirov Elzadə Əziz oğlunun mənə qarşı törətdiyi mərhələli cinayətlərində yaxında ona himayədarlıq edərək, köməklik etmiş dostu və şəriki Həsənov Nadir Əli oğlu, oğlu Misirov Vadim Elzadə oğlunun, Misirov Elzadə Əziz oğluna bilərəkdən yaxından, bu cinayət işində iştirak edərək ona köməklik etdiklərinə, bu işdə bilavasitə Elzadənin sözü ilə iştirak etdikləri üçün, cinayət məsulliyyətinə alinmaqlarını və mənə dəymiş küllü miqdarda maddi və mənəvi zərərlərin ödənilməsini istəyirəm. Bu insanların yaxınnan bu cinayət işində iştirakları, mənim ərizəm əsasında toplanmış 220060363 saylı cinayət işinin materiallarinda öz əksini dərin, danılmaz faktlarla və sübutlarla tapmışdır.
Cənab Baş Prokuror!
Bununla yazıb sizdən xahiş edirəm ki, mənə qarşı dələduzluq edən Misirov Elzadə Əziz oğlu və onun himayədarları olan şəxslərin barəsində məsuliyyətə cəlb olunmasına göstəriş verəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...