azia.az
azia.az

“Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə...” - YENİ FAKTLAR

28-04-2022, 17:49

“Rəfael Cəbrayılovun mənə borcu var, onun qardaşından isə...” - YENİ FAKTLAR
Milli Məclisin sabiq deputatı, həbsxanada olduğu dövrdə vəfat etmiş Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Təranə Fətəliyeva ifadə verib.

O bildirib ki, mərhum deputat Rafael Cəbrayılovla qohum olduqları üçün ona borc verib: “Mənə dedi ki, bina tikmək istəyirəm, kömək etsən yaxşı olar. Bütün qohumlar da yığılıb kömək etdik. Hazırda mənə 300 min manat borcu qalıb”.

Vəkilin suallarını cavablandıran zərərçəkmiş qeyd edib ki, Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdan 100 min manata ev alıb.

Bununla bağlı vəkillərin əlavə sualları yaranıb. Vəkillər Təranə Fətəliyevanı növbəti prosesə yenidən dəvət olunmasını, onun daha dəqiqləşdirici suallar veriləcəyini deyiblər.

Hakim bunun nəzərə alınacağını bildirib.

Proses mayın 12-də davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rafael Cəbrayılov bu ilin sentyabrında Bakıdakı xəstəxanaların birində koronavirusdan dünyasını dəyişib.

Mərhum Rəfael Cəbrayılovla bağlı cinayət işindən daha bir iş ayrılıb. Həmin iş üzrə onun qardaşı Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Araşdırmaların yekunu olaraq Elşən Cəbrayılov həbs edilib. Onun işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi