Gömrük generalının Praqada hotelləri üzə çıxdı
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir. Məlumata görə, İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir. Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu. Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassa”sı olub.