azia.az
azia.az

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

3-08-2022, 18:31

Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

"Margin.az" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, iclasda Qarabağdakı vəziyyət müzakirə olunub.

Əlavə edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Hadisədən sonra Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15 nəfər isə yaralanıb. Bundan əlavə, 1 artilleriya hərbi hissəsi, həmçinin 1 post məhv edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi