azia.az
azia.az

“Azərbaycan atəşə atəşlə cavab verməlidir!” – Türkiyəli general

3-08-2022, 17:29

“Azərbaycan anti-terror əməliyyatına başlayacağını dünyaya bildirməlidir”.
“Azərbaycan atəşə atəşlə cavab verməlidir!” – Türkiyəli general
Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Medianews.az-a bildirib. Generalın fikrincə, Ermənistan atəşi pozmaqla bağlı qərarları təkbaşına vermir:

“Ermənistan dünən də, bu gün də özbaşına qərar verə bilməz. Azərbaycanın Vətən müharibəsindəki qələbəsini həzm edə bilməyənlər var. Bəzi qərb ölkələri sönmüş münaqişəni yenidən alovlandırmaq niyyətindədirlər. Ona görə də, İrəvanı oyuna çəkirlər. Bunlar hamısı böyük oyunun parçasıdır. Bu gün Ermənistan tərəfdən atəş açılması nəticəsində Azərbaycan hərbçisi şəhid olub. Buna Azərbaycanın səssiz qalacağını düşünürlər. İrəvanın Moskvada, Brüsseldə, həmçinin Türkiyə ilə birgə keçirilən görüşlərdə verdiyi vədləri pozmağı qəbuledilməzdir. Ermənistanın bu cür davranışları Qarabağa köçürülən sivil azərbaycanlılar üçün də təhlükədir. Rus sülhməramlılarının da orada fəaliyyətsiz olduqları açıq-aydın görsənir. Onlara oradakı missiyalarını başa salmaq lazımdır”.

Yücel Karauz hazırki vəziyyətdə Azərbaycanın atmalı olduğu addımları açıqlayıb:

“Azərbaycan qarşı tərəfin təcavüzkar meyllərini cavabsız qoymamalıdır. Hərbi yolla qarşı tərəfə kimin hakim olduğunu başa salmaq vacibdir. Həmçinin Türkiyə ilə görüşlər təşkil edərək koordinasiyalı şəkildə Ermənistanla olan normallaşma prosesi nəzərdən keçirilməlidir. İrəvan vədlərinə sadiq qalanadək prosesi ləngitmək lazımdır. Həmçinin Qarabağ bölgəsində qalan bütün erməni terrorçuların torpaqları tərk etmələri ilə bağlı dəqiq tarix öyrənilməlidir. Daha sonra Azərbaycan anti-terror əməliyyatına başladığını bütün dünyaya bildirməlidir”.

Xanlar Əlibəy


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi