azia.az
azia.az

Salyan postunda DYP əməkdaşı sürücüləri niyə saxlayır? - VİDEO

1-08-2022, 17:41

Salyan postunda DYP əməkdaşı sürücüləri niyə saxlayır? - VİDEO
Jurnalist Məhəmməd Türkmən Ələt-Astara magistralında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Salyan postunda əsassız saxlanıldığını bildirərək hadisənin görüntülərini yayıb.

BAKU.WS xəbər verir ki, jurnalist postda xidmət aparan yol polisi əməkdaşının sürət həddini aşmadığı halda əlindəki texniki avadanlığa rəqəm əlavə edərək onun saatda 70 kilometr sürət həddinin olduğu yerdə 92 ilə getdiyini qeyd edib.

M.Türkmən əlavə edib ki, avtomobildə videoçəkilişin getdiyini görən yol polisi əməkdaşı daha sonra onunla sağollaşıb: "Sürət həddini həqiqətən aşsaydım, DYP əməkdaşı məni buraxmazdı".

Qeyd edək ki, sözügedən şikayətlə bağlı paylaşıma şərh yazan izləyicilər eyni hadisə ilə dəfələrlə üzləşdiklərini deyiblər.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ barəsində xəbərdardırlar və müvafiq araşdırmalar aparılır.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi