azia.az
azia.az

Canlı efirdə aparıcının vəziyyəti pisləşdi - VİDEO

29-07-2022, 17:42


Canlı efirdə aparıcının vəziyyəti pisləşdi - VİDEO
“Space” televiziyasının canlı efirində aparıcının vəziyyəti pisləşib.
Gözlənilməz hadisə “Sizin psixoloq” verilişində baş verib.
Aparıcı Aytac Carçıyeva proqramda qonaq olan psixoloqun çıxışını dayandıraraq: “Dayana bilmirəm, efiri dayandırın. Saçı açın, başıma dəhşətli ağrı girib, ürəyim gedəcək. Bir an əvvəl bu saç açılsın”, - sözlərini qeyd edib.
Aparıcının bu sözlərindən sonra veriliş reklamlara keçid edib. Reklamlar bitdikdən sonra isə Aytac yenidən eyni saç düzümündə verilişə davam edib.
A.Carçıyeva daha sonra bununla bağlı açıqlama yayaraq: “Saçım sıx yığılmışdı. Reklam arasında saçım çox incidir dedim, amma əhəmiyyət vermədim. O qədər sıx idi ki, bir anda başıma ağrı girdi. “Reklamlar” deyə bilmədim. Halım birdən çox pis oldu. 18 illik təcrübəmdə ilk dəfədir ki, özümü saxlaya bilmədim”, - sözlərini əlavə edib.
Sözügedən anları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi