azia.az
azia.az

Fransada sudan istifadə məhdudlaşdırıldı – Ölkədə son 63 ilin ən quraq dövrü yaşanır

29-07-2022, 17:16

Fransada sudan istifadə məhdudlaşdırıldı – Ölkədə son 63 ilin ən quraq dövrü yaşanır
Fransada quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyət tətbiq edilib. Bununla bağlı qərarı 96 departamentdən 93-ü dəstəkləyib.
Xəbər verilir ki, məhdudiyyətə əsasən müəyyən vaxtlarda bağları və əkin sahələrini sulamaq qadağandır. Ən çətin şəraiti olan bölgələrdə suyun yalnız içməli, yanğınsöndürmə və əhalinin sağlamlığı üçün istifadəsinə icazə verilir.
Fransanın Ekologiya, Davamlı İnkişaf, Nəqliyyat və Mənzil Təsərrüfatı Nazirliyinin məlumatına görə, yağıntıların olmaması və yüksək temperatur səbəbindən ölkədə vəziyyət kritikdir. Yalnız Paris, Hauts-de-Seine departamenti və Sen-Deni kommunası quraqlıqdan təsirlənməyib. 2022-ci ilin iyul ayı Fransa üçün 1959-cu ildən bəri ən quraq ay olub.
Vasif


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi