azia.az
azia.az

Cavanşir Feyziyevə ağır İTKİ

29-07-2022, 14:58

  Cavanşir Feyziyevə ağır İTKİ
Milli Məclisin deputatı Cavanşir Feyziyevə ağır itki üz verib.

Deputat özü bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Millət vəkili qardaşının dünyasını dəyişdiyini bildirib:

"Ömür boyu çox şeylər itirilir və çox şeylər qazanılır. İtkilərin demək olar ki hamısını yenidən qazanmaq və bərpa etmək mümkündür. Tək insan itkisindən başqa. Yaxın və doğmalarını itirmək çox ağırdır, amma labüddür. Bu labüdlüklə hər kəs barışmalı olur. Gec və ya tez. Bu qaçılmazdır, nə qədər inanmaq istəməsək də. Mən də inanmaq istəmirəm, amma acı reallıq göz qabağındadır. Saatlar öncə ata evimizdə birlikdə olduğumuz qardaşım bir göz qırpımında həyatı və bütün doğmalarını tərk edib haqq dünyasına qovuşdu. Mənə və bütün ailəmizə üz vermiş bu ağır itki ilə bağlı göndərdiyiniz səmimi başsağlığı mesajlarınıza görə hamınıza dərin minnətdarlığımı bildirirəm. Sizlərə və doğmalarınıza möhkəm can sağlığı arzulayıram. Hər zaman sevdiklərinizlə birgə xoşbəxt olasınız!"

Allah rəhmət etsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi