azia.az
azia.az

Növbəti FƏRRUX ZƏFƏRİ gəlir

26-07-2022, 18:44

Növbəti FƏRRUX ZƏFƏRİ gəlir
“Son olaylar bir daha göstərir ki, Ermənistan rəhbərliyindəki şəxslər 10 noyabr sazişinə əməl etmək niyyətində deyil. İnsidentlərin çoxalması Azərbaycanın qəti addımlar atması ilə nəticələnəcək”.

Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan ordusu yaxın saatlarda əməliyyatlara başlayacaq:

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində getdikcə artan atəşkəs pozuntularının çoxalması ölkəmizi qəti addımlar atmağa məcbur edir. Bu təxribatlar cavabsız qalmayacaq. Biz yaxın gün və ya saatlarda Azərbaycan tərəfinin adekvat cavablarını müşahidə edəcəyik. Yəni antiterror əməliyyatının başlaması elə də da uzaqda deyil. Bir gündə 9 dəfə atəşkəsin pozulması Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması mənasına gəlir. Təxribatların çoxalması həm də orada xidmət edən əsgərlərimizin də həyatına təhlükə yaradır. Buna görə də ölkəmiz düşmənin atəş nöqtələrini darmadağın etməli və həmin ərazilərdə bayrağımızı qaldırmalıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin məlum müşavirəsində Rusiya tərəfrinə ciddi iradlarını bildirmişdi. Görünür, general Volkov ona ünvanlanan bəyanatlardan düzgün nəticə çıxarmayıb. Belə təxribatların çoxalması növbəti Fərrux zəfərinin təkrarlanması ilə nəticələnək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi