azia.az
azia.az

Türkiyə hərbi sənayesinin yeni uğuru - “Sungur” Türk ordusuna təhvil verildi + VİDEO

25-07-2022, 08:08

Türkiyə hərbi sənayesinin yeni uğuru - “Sungur” Türk ordusuna təhvil verildi + VİDEO
Türkiyədə yerli hava hücumundan müdafiə sistemi “Sungur”un ilk partiyası ölkənin Silahlı Qüvvələrinə təhvil verilib. Bu barədə Türkiyənin müdafiə sənayesi qurumunun rəhbəri İsmail Dəmir sosial şəbəkə səhifəsində yazıb. O, yeni silahın hərbçilər üçün xeyirli olmasını arzulayıb.
Qeyd edək ki, “Aselsan” tərəfindən PUA-lar, helikopterlər və qırıcılar əleyhinə hazırlanan “Şahin” 40 millimetrlik fiziki məhvetmə sistemi “Sungur”un bir nəfər tərəfindən idarə olunan və çiyindən atılan versiyasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi