azia.az
azia.az

Nazilə Səfərlinin atası: "Qızlarım ərə gedəndən sonra ağ günə çıxdılar"

24-07-2022, 08:48

Nazilə Səfərlinin atası: "Qızlarım ərə gedəndən sonra ağ günə çıxdılar"
"Mənim qızlarım ailə həyatı qurduqdan sonra ağ günə çıxdılar. Onlar ərə gedənə qədər şalvar geyinməyiblər. Qadının abır-həyası onun geyimidir. Buna görə də qoymamışam. Mən köhnə adamlardanam. Ucaboy qadına uzun don yaraşar".
Bu sözləri Şair Nazilə Səfərlinin atası deyib. Ailəsi ilə "Zaurla Günaydın" proqramına qonaq olan Nazilə atasının ona və bacılarına qarşı çox tələbkar olmasından danışıb:
"Atam bizə qolu gödək köynək də geyinməyə icazə verimirdi. Uzaqdan bizi çağıranda bir dəfə "Ay qız" deyirdi. Bizə tapşırırdı ki, bir dəfə çağıranda yanımda olun. Bəlkə nəfəsim kəsildi bir də çağıra bilmədim".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi