Azərbaycan əsgərləri Qarabağa icazəsiz silah daşıyan sülhməramlıların kolonunu SAXLADI
Azərbaycan əsgərləri Rusiya sülhməramlılarının kolonunu saxlayıblar.
Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb.
Xəbər verilir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Minval” nəşri məlumat yayıb.
Məlumata görə, bu gün saat 17:15-də Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsində 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət etdiyi karvanı yoxlama üçün dayandırılıb.
Avtomobillərə baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında ən azı 5 ədəd Kalaşnikov avtomatı (AKM) aşkar edilib.
Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, kolon dayandırılaraq geri göndərilib.
Xuraman Etibarlı,