azia.az
azia.az

Qarabağ qazisi dövlətin verdiyi maşınla narkotik daşıdı

20-07-2022, 07:58


Yevlax rayon sakini 77 kiloqramdan çox narkotiklə saxlanılıb.
Qarabağ qazisi dövlətin verdiyi maşınla narkotik daşıdı
DİN-dən verilən məlumata görə, 1964-cü il təvəllüdlü II qrup Birinci Qarabağ müharibəsi əlili Hüseynov Seymur İsmayıl oğlunun narkotik vasitəsinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəllər dəfələrlə məlumat daxil olub.

Əməliyyat məlumatının yoxlanılması məqsədilə dünən DİN-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov idarə etdiyi ona dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı, 66 BL 698 dövlət nömrə nişanlı avtomobili ilə Yevlax şəhəri ərazisində saxlanılıb.

Maşına baxış zamanı ümumi çəkisi 77 kiloqram 500 qram olan güclü təsiredici xüsusiyyətə malik narkotik maddələr və 200 ədəd narkotik tərkibli həb aşkar edilib.

Sorğu zamanı S.Hüseynov ondan aşkar olunmuş narkotik maddələrin İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə Füzuli rayonu, Araz Dilağarda kəndi ərazisindən əvvəlcədən təyin olunmuş yerdə satış məqsədilə əldə etdiyini bildirib.

Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi