azia.az
azia.az

Nə yaxşı ki ölkəmizdə Rəşad Əhmədov kimi yüksək insani keyfiyyətlərə malik ziyalılarımız var!

18-07-2022, 16:59

Nə yaxşı ki ölkəmizdə Rəşad Əhmədov kimi yüksək insani keyfiyyətlərə malik ziyalılarımız var!

Hörmətli redaksiya!

Mən bir hadisə ilə bağlı sizə müraciət etmək qərarına gəldim. Fikirləşdim ki, dəyərli bir insan barədə öz fikirlərimi sizinlə bölüşüm, işıqlandırasınız ki, insanlarımız da bilsin. Yaxın tanışımın Hacı adlı gənc oğlu ağır yol qəzasında həyatını itirdi. 06 və 07 maşınlarının üzbəüz toqquşması nəticəsində uşaq aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişdi. Hacı evin tək uşağı idi, ata-anası bu hadisədən elə bir şok keçirmişdilər ki, vəziyyətləri ağır idi, mütəmadi həkim nəzarəti altında olurdular. Belə bir şəraitdə avtoqəzanın sığortasının şirkət tərəfindən tənzimlənməsi ilə mən məşğul olmalı oldum, qohumlar bu işi mənim öhdəmə qoydular. Sığorta şirkətlərinin süründürməçiliyi haqqında çox eşitmişdik, odur ki, internetdən şirkətlə tam maraqlanıb onun rəhbərliyinə məni təciili qəbul etmələri barədə teleqram vurdum. Teleqramda 1-ci qrup əlil olduğumu, əsəblərimin yerində olmadığını və get-gəllərə qarşı olduğumu bildirmişdim və telefonumu saxlamışdım. Bir müddət sonra İcbari Sığorta bürosunun direktoru Rəşad Əhmədov şəxsən özü mənə zəng vurdu. Mülayim bir tərzdə danışdı, işimə tez bir zamanda hərtərəfli kömək edəcəyini bildirdi, lakin bununçün ofisə gəlməyimin vacibliyini dedi, hətta 1-ci qrup əlil olduğumu nəzərə alaraq yerimi soruşdu və dalımca maşın göndərəcəyini bildirdi. Mən maşına ehtiyac olmadığını dedim və deyilən vaxtda İcbari Sığorta bürosunun baş ofisinə gəldim. Burda işçilər də məni çox nəzakətlə qarşıladılar, hətta qabağıma çay da gətirdilər. Büronun baş icraçı direktoru Rəşad Əhmədovun mənimlə və ordakı digər insanlarla isti münasibəti məndə qeyri-adi əhval-ruhiyyə yaratdı. Doğrudan da azərbaycanlı olmağımla fəxr etdim və düşündüm ki, Sovet vaxtı rast gəldiyimiz, xalqın qayğısına necə qalmaları barədə əfsanələr danışılan kadrlar indi də var. Rəşad müəllim uşağın ölümünə səbəb olmuş qəzanın sənədlərini hərtərəfli araşdırdı, bir daha gəlməməyimi dedi, 10 gün müddətinə pulun ailəyə ödəniləcəyini bildirdi. Doğrudan da o deyən kimi oldu, bir həftədən sonra pul valideynlərin hesabına oturdu və onların müalicəsinə sərf olundu. Buna görə mən Rəşad müəllimə öz adımdan və yaxınlarımız adından öz təşəkkürlərimizi bildirmək istəyirəm. Mən bilmirdim ki, sığorta sistemində bu cür ziyalı, əsl ziyalı, xalqa Həsən bəy Zərbabi tematikası ilə yanaşan ziyalı işləyə bilər. Mən həmişə sığrta işçilərini də bank işçiləri kimi pulgir zümrə, pul sisteminin adamları kimi qavramışam və onlara münasibətim həmişə neqativ olub. Məsələn, “Atəşgəş” sıorta sistemində yaxın qohumumun başına o qədər oyunlar açıblar ki, indi də həmin get-gəlləri, ələsalmaları, qeyri-etik davranışları hiddətlə və əsəblə xatırlayırıq. Nə yaxşı ki ölkəmizdə Rəşad Əhmədov kimi yüksək insani keyfiyyətlərə malik ziyalılarımız var. Vətənimizi uca zirvələrə məhz belələri yüksəldəcək. Yaşasın Azərbaycan! Yaşasın qəhrəmanlıq tarixi yazan xalqımız və onun Rəşad Əhmədov kimi dəyərli oğulları!

Alı İsgəndərli, 1-ci qrup əlil


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi