azia.az
azia.az

Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı

18-07-2022, 16:04

Deputat Gömrük Komitəsindəki həbslərdən danışdı
"Gömrük Komitəsində dalbadal bir neçə general həbs edildi, daha sonra cənab Prezident İlham Əliyev Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdi. Eyni zamanda mətbuat da yayıb ki, Gömrük Komitəsində yoxlamalar davam edir. Hesablama Palatasının yoxlamalar apardığı ilə bağlı məlumatlar yayılıb. Belə olan halda istisna deyil ki, yoxlamaların nəticəsi olaraq yeni faktlar üzə çıxsın”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, qeyd edib ki, komitənin fəaiyyətində ciddi nöqsanlar üzə çıxıb:

"Hər halda Gömrük Komitəsinin fəaliyyətində çox ciddi nöqsanlar, qüsurlar üzə çıxıb. Onlar təkcə inzibati məsuliyyət deyil, həm də cinayət məsuliyyəti yaradığı üçün həbslər həyata keçirilib. İstintaqın nəticəsindən asılı olaraq həbslərin dairəsi genişlənə də bilər. Yəni, hər şey istintaqın nəticələrindən asılıdır".

Deputat həmçinin qeyd edib ki, bütün bunların səbəbi Gömrük Komitəsinin fəaliyyətini şəffaflaşdırmaqdır:

"Məqsəd ondan ibarətdir ki, Gömrük Komitəsinin fəaliyyəti son dərəcə şəffaf olsun. İnsanlar onun fəaliyyətindən razı qalmalıdır. Eyni zamanda dövləti büdcəsinin möhkəmləndirilməsi mənafeyinə xidmət göstərməlidir. Bütün fəaliyyət sahəsində Gömrük Komitəsində şəffaflıq ön planda olmalıdır. Bu kimi məsələlərdə, xüsusilə də rüşvətxorluq, korrupsiya məsələləri ilə bağlı ciddi çatışmazlıqların olduğu üzə çıxıb. Ona görə də, cənab Prezidentin mütəmadi kadr dəyişikliyi nəticə etibarilə ona gətirib çıxaracaq ki, yeni peşəkar və ən başlıcası düzgün kadrlar bu qurumda təmsil olunsun. Elə insanlar ki, onların fəaliyyəti komitənin işini köklü şəkildə dəyişməsinə gətirib çıxarsın”.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi