azia.az
azia.az

Türkiyə qaçqın düşərgəsinə çevrilməyəcək — XİN

17-07-2022, 10:37


Türkiyə heç bir başqa ölkə üçün qaçqın düşərgəsi kimi xidmət etməyəcək və heç bir halda üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək.
Türkiyə qaçqın düşərgəsinə çevrilməyəcək — XİN
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç deyib.

Müvafiq açıqlama Britaniya mətbuatında baş nazir postuna namizədlərdən biri olan Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Ruanda ilə bağlanan sığınacaq sahəsində tərəfdaşlıq müqaviləsinə bənzər bir razılaşmanın imzalamasını Türkiyədən tələb edə biləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra verilib.
"Ümid edirik ki, Liz Trassa istinadən dərc olunan bu ifadələr həqiqətə uyğun deyil", - deyə T.Bilgiç bildirib.

Onun sözlərinə görə, Türkiyənin üçüncü ölkələrin tələbi ilə sığınacaq hüququ ilə bağlı beynəlxalq normalara uyğun olmayan təşəbbüsün bir hissəsi olmasından söhbət gedə bilməz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi