azia.az
azia.az

ETİ-nin elmi işçisi Aybəniz Osmanovanın “Azərbaycanda riyaziyyat elminin tarixi” kitabı nəşr olunub

8-07-2022, 22:18



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı – elmi işçi Aybəniz Osmanovanın müəllifi olduğu “Azərbaycanda riyaziyyat elminin tarixi” adlı kitab işıq üzü görüb.
ETİ-nin elmi işçisi Aybəniz Osmanovanın “Azərbaycanda riyaziyyat elminin tarixi” kitabı nəşr olunub
Elm Tarixi İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru ETİ-nin Baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli, rəyçisi isə İnstitutun Təbiət və dəqiq elmlər şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovadır.

“Riyaziyyat elminin tarixi kökləri”, “Azərbaycanda qədim və orta əsrlərdə riyaziyyat elminin inkişafı”, “Sovet dövründə Azərbaycanda riyaziyyat elminin inkişafı” və “Azərbaycanda riyaziyyat elmi – müasir dövr” adlı 4 fəsildən ibarət olan kitabın yazılmasında qədim və orta əsr mənbələrindən, eləcə də müasir dövr sənədlərindən, elektron resurslardan istifadə olunub.

Qeyd edək ki, kitabda riyaziyyat elminin mövcud vəziyyətə gəlib çatmasına kömək edən əhəmiyyətli uğurların hər birinin necə əldə edildiyi, bu elmin tarixi inkişaf yolu, bu tarixi inkişafda xronoloji sistemləşdirilmə, elmin yaranma mərhələsi, daha sonrakı mərhələdə isə elmin əsaslandırılması metodları, alimlər tərəfindən həll edilən və yaxud onların qarşısında dayanan problemlər, alimlərin həyatı və elmi məktəblərin tədqiqat istiqamətləri öyrənilib.

Müəllif qeyd edir ki, “Bəşəriyyətin inkişafında mühüm rol oynayan riyaziyyat sadə riyazi hesablamalardan mürəkkəb qanunları olan elmə doğru uzun bir tarixi inkişaf yolu kecmişdir. Riyaziyyatın tarixi isə riyaziyyatın obyektiv inkişaf qanunlarını öyrənməklə məşğuldur və riyaziyyat elminin bir sahəsidir. Bütün elmlər kimi riyaiyyat da fakt, fərziyyə, nəzəriyyə, metodologiya komponentlərini özündə birləşdirərək inkişaf edir və riyaziyyatın tarixi bütün bu komponenlərin tarixi dövr ərzində necə dəyişdiyini öyrənir”.

Kitab alimlər, doktorantlar, magistrlar, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi