azia.az
azia.az

Səhər acqarına 1 stəkan su içmək nə üçün FAYDALIDIR?

5-07-2022, 09:37

Səhər acqarına 1 stəkan su içmək nə üçün FAYDALIDIR?
Bir çox elmi araşdırmalar sübut edir ki, suyun kifayət miqdarda qəbulu ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi pozulmaların, hətta xərçəngin profilaktik tədbirlərindən biridir.

Maye dedikdə ilk növbədə adi təmiz su nəzərdə tutulur.

Azia.az saglamolun.az-a istinadən sizə səhər acqarına 1 stəkan su içməyin faydalarını təqdim edir:

1. Yuxu zamanı insan orqanizmi maye itirir, orqanizmdə susuzlaşma başlayır. Bu səbəbdən səhər acqarına 1 stəkan su içmək orqanizmdə çox vacib olan su balansını bərpa edir.

2. Su mədə-bağırsaq sistemini "oyadır", işə salır. Bu isə qəbizliklə mübarizədə kömək edir.
3. Səhər acqarına içilmiş 1 stəkan su bizi daha gümrah edir, iş qabiliyyətimizi artırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

4. Bu dərinin sağlamlığı və gözəlliyi üçün çox faydalıdır.

5. Orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

6. Ürək-damar sisteminin işini yüngülləşdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi