azia.az
azia.az

Telefonu çarpayının yanına qoyub yatmaq olmaz

25-06-2022, 19:53

Sağlam yuxunun açarı yataq otağının düzgün işıqlandırılmasıdır. İşıq sirkadiyalı ritmin aparıcı tənzimləyicisi kimi xidmət edir və bədənə yatmaq və ya oyanmaq vaxtı olduğuna dair bir siqnal verir.
Telefonu çarpayının yanına qoyub yatmaq olmaz

Xəbər verilir ki, bu barədə Rusiya mətbuatına yuxu bioloqu, Rusiya Elmlər Akademiyasının Ali Əsəb Fəaliyyəti və Neyrofiziologiya İnstitutunun “Yuxu və oyaqlığın neyrobiologiyası” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Natalya Doroxova danışıb.

Mütəxəssis qeyd edib ki, yuxunun keyfiyyəti birbaşa olaraq melatonin hormonunun istehsalının intensivliyindən asılıdır. Məsələ burasındadır ki, səhər və gün ərzində işıq gözün tor qişasına dəyir, beyinə günün aktiv hissəsi haqqında siqnal verir və gündüz hormonlarının istehsalına başlayır. Axşam günəş işığının parlaqlığı azaldıqda gündüz hormonları azalır olunur və melatonin istehsalı başlayır. Bədən yuxuya hazırlaşır.

Bu, ideal variantdır. Lakin müasir insan əsasən elektrik işıqlandırması ilə yaşayır. Günəş batır, orqanizm yuxuya hazırlaşmağa başlayır, melatonin istehsalı artır. Amma bol işıqlandırmanın olması bu prosesi ləngidir”, - Doroxova bildirib.

Somnoloq ABŞ-ın Şimal-Qərb Universitetinin alimlərinin apardığı araşdırmaya istinad edərək, bu yaxınlarda hətta zəif işıqda yatmağın da orqanizm üçün zərərli olduğunu müəyyən edib. Gecə lampasının yandırıldığı bir otaq belə bu müddət ərzində orqanizm bərpa olunduğu dərin yuxu mərhələsini əhəmiyyətli dərəcədə azaldır. Doroxovanın sözlərinə görə, bu, yuxuda olan şəxsin istilik mübadiləsinin pozulmasına, ürək döyüntüsünün və qanda qlükozanın səviyyəsinin artmasına səbəb olur.

Mütəxəssis yuxu zamanı otağı işıq mənbələrindən tamamilə təcrid etməyi məsləhət görür. Bununla bağlı o, vətəndaşları gecə saatlarında telefonu söndürməyə və ya heç olmasa, təyyarə rejiminə keçirməyə çağırıb. Yanınızdakı smartfon mesajları qəbul edə, mobil proqramlara yeniləmələri endirə bilər. Ekran vaxtaşırı işıqlanır, insanın sinir sisteminə zərər verir və yuxunun keyfiyyətini pozur.

“Gecə oyanışlarınız varsa, o zaman minimum işıqlandırma səviyyəsinə malik, qırmızı və sarı işıq saçan gecə işıqlarından istifadə edə bilərsiniz. Onlar melatonin istehsalına ən az təsir göstərir və müvafiq olaraq, sağlamlıq üçün ən təhlükəsizdir”, - Doroxova məsləhət gördü. /publika.az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi