azia.az
azia.az

Meymunçiçəyini də laboratoriyadan qəsdən yaya bilərlər - Rusiyalı alim

25-06-2022, 13:47

Meymunçiçəyi xəstəliyi laboratoriyalardan bilərəkdən yayıla bilər.
Meymunçiçəyini də laboratoriyadan qəsdən yaya bilərlər - Rusiyalı alim

Xəbər verilir ki, bu iddianı Qamaleya Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun şöbə müdiri Aleksandr Butenko səsləndirib.

Onun sözlərinə görə, əvvəllər 2003-cü ildə Avropa ölkələrinə gətirilən meymunçiçəyi xəstəliyinin təcrid olunmuş halları qeydə alınıb, daha sonra bu infeksiyanın yayılması dayandırılıb. Ekspertin fikrincə, meymunçiçəyi virusu yeni pandemiyaya səbəb ola bilər.

Viroloq infeksiyanı “unikal bir şey” adlandırıb: “Yayılma insandan insana keçir və mənşəyi məlum deyil, çünki əsasən Afrika ölkələrinə səfər mövcud deyil, meymunlarla təmas da yoxdur, yoluxmuşların əksəriyyəti bir qayda olaraq diaqnozu olan xəstələrlə belə təmasda olmayıblar. Bu, sui-qəsd xarakterindən xəbər verir”.

Butenko Amerika laboratoriyalarından yayılan qarayara xəstəliyini xatırladıb. “Daha sonra insanlar virusu yoluxdurmaq istədikləri şəxslərə poçt bağlamaları ilə göndərirdilər”, - mütəxəssis bildirib.

Bundan əvvəl də rusiyalı virusoloq Aleksandr Butenko meymunçiçəyinin qəsdən yayıldığını bildirmişdi. Onun fikrincə, pandemiya yaratmaq üçün qəsdən yeni bir virus yayıla bilər. /publika,az/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi