azia.az
azia.az

Obyektlərindən ayda 150-200 min icarə haqqı yığan deputatlarımız… - Onların maaşı niyə qalxsın ki?

23-06-2022, 11:24

Obyektlərindən ayda 150-200 min icarə haqqı yığan deputatlarımız… - Onların maaşı niyə qalxsın ki?
Osman Gündüz

Obyektlərindən ayda 150-200 min icarə haqqı yığan deputatlarımız… - Onların maaşı niyə qalxsın ki?


Deputatların maaş artımına yanaşma kökündən qüsurludur.

Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib?
Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə– 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib.
Dəyişiklik qəbul olunsa sıravi deputatların maaşları , hər aylıq əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək.
Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa bu məbləğdə maaş tam normal qarşılana bilər.
Hamı bilir ki bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var.
Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı analitik fəaliyyət üçün, deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır.
Amma hamı da bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir.
Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər.
Təkrar edirəm, mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim.
Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun.
Seçicilərinin hamısı da bunu bilirlər.
Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır.
Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə həm biznesindən gəlirlər əldə edəcək və həm də 7455 m. da dövlətdən alacaq.
Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər.
Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə bu cür biabırçılığa qol qoymalıdır.
Fikrimcə, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır.
Ümid edirəm bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi