azia.az
azia.az

Elçin Lənbəranski nazirliyin qapısını qıran qaziyə pul verməyib: - “Etiraf edirəm ki...”

20-06-2022, 18:56

Elçin Lənbəranski nazirliyin qapısını qıran qaziyə pul verməyib: - “Etiraf edirəm ki...”
"Elçin Lənbəranski Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qarşısındakı aksiya zamanı nazirliyin qapısını sındırandan sonra yalandan yazıb ki, guya mənə köməklik edib".
Azia.az xəbər verir ki, bunu Cebhe.info-ya hələ nazirlikdəki aksiyadan öncə təkərlərin arasında evcik düzəldərək yaşayan qazi Elçin Verdiyev bloqerin ona yalan vəd verməsindən danışarkən deyib.

Bloqeri yalan danışmaqda ittiham edən qazinin sözlərinə görə, Elçin Lənbəranski aksiyadan qabaq hələ təkərlərin arasında yaşayan zaman ona kömək etmək istədiyini deyib. Lakin heç bir kömək edilməyib və sözügedən aksiyadan sonra onun adından reklam xarakterli yalan paylaşım etməyə başlayıb:

"O zaman dedi ki, gəlib 200 manat ev kirayəsinə kömək edəcəyəm. Gəldi çəkiliş etdi, amma heç bir kömək olmadı. Sonra mənə deyir ki, kartınızı qoymuşdunuz. Amma mənim kartım yoxdur".

Məsələ ilə bağlı bloqer Elçin Lənbəranski ilə əlaqə yaratdıq. O, Cebhe.info-ya açıqlamasında olanları təkzib etdi:

"Mən həmin qazini görəndə dedim ki, videosunu və kartını mənə göndərsinlər paylaşım edim. Qazinin videosunu paylaşdım. Ümumiyyətlə, indiyədək heç kim deyə bilməz ki, xəstə, qazi problemini paylaşanda öz kartımı qoymuşam. Hamısının öz kartları, telefon nömrələrini paylaşıram ki, özləri ilə əlaqə saxlanılsın. Aradan aylar keçib, kirayəni, yəni 200 manatı özüm söz vermişdim, bunu etiraf edirəm ki, ödəməmişəm. Çünki sonra məsləhət oldu ki, onun videosunu paylaşaq, pul yığılsın. Nəinki özünə kirayə haqqı, həm də özünə daha artıq xeyir etsin".

Elçin Lənbəranski qazinin videosuna 10 mindən çox baxış gəldiyini, lakin bu qədər baxışın qarşısında qazinin kartına bir qəpik olsun belə pul köçürülmədiyini etiraf edib:

"İndicə mənə zəng vurmuşdular. Dedim ki, 200 manat söz vermişəm. Kartını atsın, söz verdiyim pulu köçürüm. Səhər pul balansında olacaq".

Qazinin sözlərinin əksini iddia edən bloqer ona həmin zaman kart hesabı verildiyini bildirib:

"Mənə kart verilmişdi. Dediyim kimi, öz kartımı heç vaxt paylaşmıram. Niyə paylaşmalıyam ki, sabah çıxıb nəsə desinlər. Hansı kartı göndəriblər, buna özləri cavabdehdirlər. Elə həmin kart və video ilə paylaşmışam".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında keçirilən aksiya zamanı qapını sındıraraq içəri daxil olan, hadisədən sonra isə əlillik təyin edilən Elçin Verdiyev həmçinin sosial şəbəkələrdə polisin onu qucaqlaması videosu ilə gündəmə gəlmişdi. İnsanlar qazi Elçin Verdiyevi nazirliyin qapını sındırdığı zaman polisin onu qorumasını, sakitləşdirməsini rəğbətlə qarşılamışdılar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi