azia.az
azia.az

Türkandakı 5 min illik “Daş yollar” dağıdılıb?

17-06-2022, 08:05


Sosial şəbəkələrdə 5 min illik tarixə malik "Türkan yaşayış yeri"ndəki "Daş yollar"ın dağıdılmasını əks etdirən görüntülər yayılıb.
Türkandakı 5 min illik “Daş yollar” dağıdılıb?
Azia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova münasibət bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər bir neçə ay əvvəl olub və tərəfimizdən yerli icra orqanlarına rəsmi müraciət ünvanlanıb.

"Dövlət Xidməti görüntülərlə bağlı araşdırmanı davam etdirir".
Ətraflı

O bildirib ki, "Kurqan çölü" (inv. № 500) və "Türkan yaşayış yeri" (inv. № 500) abidələri Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyəli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

"Həmçinin, həmin ərazidə yeni aşkar olunmuş "Qədim araba yolunun qalıqları" abidəsi də Dövlət Xidməti tərəfindən mühafizə edilir. Eyni zamanda, kompleksə təhlükə yarada biləcək müdaxilələrin qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti strukturlarına mütəmadi olaraq rəsmi qaydada müraciətlər edilib".

Sektor müdiri əlavə edib ki, Mədəniyyət Nazirliyi tərəfindən "Qədim araba yolları"nın mühafizə zonası hazırlanıb:

"Kurqan çölü" və "Türkan yaşayış yeri" abidələri də araba yollarının mühafizə zonasına daxildir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi