azia.az
azia.az

Bakıda hoteldə faciə - ərəb qadın öldü

13-06-2022, 16:55

Bakıda hoteldə faciə - ərəb qadın öldü
Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib.

Bildirilir ki, Səbail rayonu, Şıxov qəsəbəsi Salyan şosesində yerləşən "Aysberg" hoteldə Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib.

Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.

Ölüm faktı ilə əlaqədar Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi