azia.az
azia.az

Sahil Babayevdən etiraz edən qazilərlə bağlı ŞOK AÇIQLAMA - VİDEO

9-06-2022, 14:25

Sahil Babayevdən etiraz edən qazilərlə bağlı ŞOK AÇIQLAMA - VİDEO
İkinci Qarabağ savaşının veteranları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı qalmaqaldan bir neçə gün keçməsinə baxmayaraq, hələ də ictimaiyyət bu barədə danışır.

Son olayın səs-küyünün ortadan qalxmadığı bir məqamda isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev növbəti ictimai narazılığa səbəb olacaq hərəkət edib.

Nazirliyin təşkil etdiyi tədbirlərin birində media nümayəndələri ilə rastlaşan Sahil Babayev qazilərin problemi ilə bağlı suala qeyri-adekvat reaksiya göstərib.

Jurnalistin”qazilərlə bağlı məsələ barədə soruşmaq istəyirik” fikrinə nazir “ehtiyac yoxdur, imkan verin tədbiri keçirək” deyə jurnalistə saymamazlıq göstərib.

Azərbaycan prezidentinin çıxışlarından göründüyü kimi ölkədə hökumətin əsas prioritetlərindən biri şəhid ailələri və qazilərin problemidir.

Bəs görəsən, nazir Sahil Babayev üçün qazilərdən daha önəmli olan hansı mövzudur ki, günlərdir, ictimaiyyəti məşğul edən bu problemə belə laqeyidlik göstərir.

Onu da vurğulayaq ki, sosial şəbəkələrdə on minlərlə insan Sahil Babayevi növbəti dəfə ağır ifadələrlə ittiham edib.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi