MİDA-nın şübhəli TENDER ORTAĞI... - İLGİNC FAKTLAR
Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir şirkət aşkar edilib.
Azia.az-ın məlumatına görə, FED.az xəbər verir ki, bu – «Conco» QSC-dir (VÖEN:1403054601).
Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 50 milyon 598 min 694 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manat.
«Conco» QSC-nin əsas «müştərisi» MİDA MMC olub. Şirkət 12 tenderdən 4-nü bu qurumdan udub – 33 milyon 474 min 680 manat. Bu isə ümumi tenderlərin 66 faizi deməkdir.
«Conco» QSC ilə bağlı keçən günlərdə ilginc faktları təqdim etmişdik və bildirmişdik ki, araşdırmalarımız davam edir:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür...
İndi isə yuxarıdakı faktlardan aydın olur ki, sən demə, «Conco» QSC-nin əsas qidlandırıcısı MİDA imiş...
“Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib.
Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir.
Faktlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...