azia.az
azia.az

Füzulinin icra başçısı da azad olunmuş ərazilərə buraxılmır? - Yalnız hava limanına qədər...

6-06-2022, 12:39

Füzulinin icra başçısı da azad olunmuş ərazilərə buraxılmır? - Yalnız hava limanına qədər...
Keçən günlərdə məlumat verdik ki, Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovun növbəti dəfə Şuşaya getmək istəyi baş tutmayıb. Bu barədə Şuşa Şəhər İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri söyləyib.

Məlumatda deyilirdi ki, bu günlərdə Şuşaya səfər etmək istəyən icra başçısı ilə polis şöbəsinin rəisi Səməd Məhərrəmov arasında mübahisə yaranıb.


Füzulinin icra başçısı da azad olunmuş ərazilərə buraxılmır? - Yalnız hava limanına qədər...

Bayram Səfərov

İcra başçısının rayona gəlmək istəyinə qarşı çıxan şöbə rəisi icra başçısı ilə mübahisə edib.

Belə ki, Bayram Səfərova rayona gəlmək üçün Şuşa Şəhər Qoruq İdarəsinin rəisi Məftun Qurbanovdan icazə almalı olduğunu deyən polis rəisi əks təqdirdə onun rayona buraxılmayacağını bildirib. Bayram Səfərovun Məftun Qurbanova müraciəti isə “yox” cavabı ilə nəticələnib. Yalnız bir dəfə Şuşaya gedən icra başçısı Xarıbülbül festifalında qonaq qismində iştirak edib.

Füzulinin icra başçısı da azad olunmuş ərazilərə buraxılmır? - Yalnız hava limanına qədər...
Alı Alıyev

Daxil olan son məlumatlardan aydın olur ki, Qarabağın azad olunmuş hissələrinə buraxılmayan icra başçılarından biri də hazırda Füzuliyə rəhbərlik edən Alı Alıyevdir.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Alı Alıyevlə bağlı da konkret təlimat var və ona yalnız Füzuli hava limanına qədər getməyə icazə verilir, ordan o tərəfə gedişi isə rəsmən yasaqlanıb.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi