Erməni məktəbində tanıdılan Azərbaycan bayragı və onun ətrafında yaradılan süni hay-küy.
Erməni məktəbində tanıdılan Azərbaycan bayragı və onun ətrafında yaradılan süni hay-küy.
Bir neçə gün bundan əvvəl Ermənistanın Sevan rayonundakı məktəblərin birində keçirilən açıq cografiya dərsində şagirdlərə Azərbaycan bayragı tanıdılıb.Əslində,məlum açıq cografiya dərsində Ermənistana qonşu olan dövlətlərin milli atributları,tarixi əlaqələri,mətbəxti kimi mövzular haqqında şagirdlərə məlumatlar verilib.
Buna rəgmən,erməni müxalifəti,millətçi dairələr məsələnin ətrafında ucuz manipulyasiya,hay-küy yaratmaga cəhd ediblər.Belə ki,hal-hazırda Yerevanın küçələrində daşnak İşxan Saqatelyan,Robert Köçəryanın oglu Levon Köçəryan,Armen Rüstəmyan kimi siyasi meyitlərin hoqqa çıxardıgı ərəfədə orta məktəbdə Azərbaycan bayragının təqdimatı erməniləri özündən çıxarıb.
Buna baxmayaraq,Ermənistanın ombudsmanı Kristine Qriqoryan Azərbaycan bayragının açıq cografiya dərsində təqdim olunmasında qeyri-adi heç nə görmədiyini bəyan edib.K.Qriqoryana görə,qonşu ölkələrin bayraqlarını tanımaq ,onların tarixini və başqa faydalı məlumatları öyrənmək vətəndaş kimi yetişmək üçün müsbət hadisədir.
Ermənistan müstəqil ölkə olduqdan sonra öz ərazisində Azərbaycan bayragının rəsmi olaraq heç vaxt dalgalanmasına imkan verməyib.Ancaq eybi yoxdur,qonşularımız bundan sonra Azərbaycanın milli atributlarına hörmət etməyi öyrənərlər.İndiki məqamda Ermənistan Təhsil Nazirliyinin "bayraq açılımını"müsbət saymaq olar.Əvvəl-axır Rusiya sülhməramlıları Qarabagı tərk edəcəklər.O zaman ermənilər də Azərbaycan qanunlarına əsasən,bizim vətəndaşlarımız olacaqlar.Yox,əgər etnik ermənilər Azərbaycan bayragı,yurisdiksiyası altında yaşamaq istəməyəcəklərsə,onda köçüb Ermənistanda həyat sürə bilərlər.Azərbaycan unitar respublikadır və onun 1 bayragı var.Qəbul edib bu milli atributun altında yaşayarlar,ya da yol açıqdır.
Kamal Aliyev, politoloq