azia.az
azia.az

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ELM TARİXİ İNSTİTUTU

18-05-2022, 20:52

                      AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI                                          ELM TARİXİ İNSTİTUTU
ETİ-nin şöbə müdiri, tarixçi Bayram Quliyev Xəzər Universitetinin tələbələrinə təlim keçib

Press-Reliz
Bakı şəhəri 18 may 2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev 14-15 may 2022-ci il tarixində Xəzər Universitetinin tələbələrinə PİCASP layihəsi çərçivəsində təlim keçib.

Xəzər Universitetinin təşkilatçılığı ilə Şəki şəhərində keçirilən təlimin əsas məqsədi turizm, tarix və coğrafiya sahəsində tələbələrin tarixi-mədəni biliklərinin təkmilləşdirilməsi olub.

B.Quliyev Xəzər Universitetinin idarə heyəti, dəyərləndirmə qrupu və tələbələrindən ibarət olan auditoriyaya Şəki Xan sarayı, Şəkixanovların evi, Yuxarı Karvansara, Şəki Yeraltı hamamı, Kiş məbədi və Şəki dulusçuluq emalatxanasında təcrübi təlim keçərək bu sahədə lazımı biliklər aşılayıb.
Qeyd edək ki, 2 həftə öncə başlayan təlimin birinci hissəsi Bakı şəhərində keçirilib.

                      AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI                                          ELM TARİXİ İNSTİTUTU
                      AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI                                          ELM TARİXİ İNSTİTUTU
                      AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI                                          ELM TARİXİ İNSTİTUTU
ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
[email protected]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi