Ermənistan MN saxlanılan hərbçisinə görə Azərbaycan tərəfi ilə DANIŞIQLAR APARIR - "Sputnik Armeniya"
Ermənistan Müdafiə Nazirliyi hərbçisinin qaytarılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.
Bu barədə “Sputnik Armenia”ya istinadla xəbər verir. Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Erməni tərəfinin bildirdiyinə görə, o, naməlum səbəblərdən Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Ermənistan Müdafiə Nazirliyi onun geri qaytarılması üçün Rusiya sülhməralılarının vasitəçiliyi ilə Azərbaycanla danışıqlar apardığını bildirib.
Xatırladaq ki, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.
Xuraman Etibarlı