Feysbukda müəllimin adına profil açıb pul yığdılar - VİDEO
Sosial şəbəkədə bir nəfərin adına saxta profil açılaraq dostları aldadılıb.
Xəbər verilir ki, hadisə Masallı rayon sakini, məktəblərin birində müəllim işləyən Rabil Abdinovun başına gəlib.
Rabil Abdinov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, onun şəxsi məlumatlarından istifadə edilərək feysbukda açılan profil vasitəsi ilə qohum və dostları aldadılıb. Həmin şəxs Rabil Abdinovun dostlarına xəstə olduğunu yazaraq onlardan pul istəyib. O, bununla bağlı ekran görüntülərini də təqdim edib.
Müsahibim əlavə edib ki, saxta profil vasitəsilə onun adından həm də Təhsil Nazirliyinin qərarları tənqid edilib. Rabil Abdinov məsələ ilə bağlı aidiyyəti qurumlara hələlik şikayət etmədiyini bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, əgər faktla bağlı zərərçəkmişlər və ya adından istifadə edilərək saxta profil açılan şəxs polisə müraciət edərsə, məsələ araşdırılacaq. Həmin şəxsin tapılması istiqamətində addımlar atılacaq.