azia.az
azia.az

Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib

1-02-2022, 08:01

Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq işlərinin həyata keçirilməsi üçün müəssisənin baş direktoru Natiq Allahverdiyev tərəfindən komissiya yaradılıb. Bağın baş direktoru Natiq Allahverdiyevlə yanaşı, sözügedən komissiyanın üzvləri, müəssisənin elmi işçi və mütəxəssisləri ərazidə geniş vüsət almış abadlıq-quruculuq işləri çərçivəsində yeni əkilmiş bitkilərə baxış keçiriblər.

Tədbir zamanı çıxış edən bağın aparıcı elmi işçisi, b.ü.f.d. Asif Mehralıyev bildirib ki, qış mövsümündə bitilərin inkişafında sükunət dövrü hesab olunur: “Bu dövrdə bitkilərin nisbi sükunət halına keçməsi ilə əlaqədar olaraq onların şaxtadan, qardan mühafizəsi ilə yanaşı, üzvi və mineral qida elementləri ilə gübrələnməsi, budanması və gövdəətrafı sahələrinin şumlanması tədbirləri görülür. Yaz aylarında isə havaların istiləşməsi ilə əlaqadar olaraq bitkilərin inkişafında oyanış baş verir. Həmişəyaşıl bitkilər isə qış aylarında sükunət halına keçmirlər və bu aylarda havaların isti keçməsi sözügedən bitkilərin inkişafına müsbət təsir göstərir”.

Asif Mehralıyevin sözlərinə görə, Mərkəzi Nəbatat Bağında yanvar ayında yaşıllaşdırma işləri çərçivəsində yeni əkilən həmişəyaşıl cinslərdən ardıc və sərv göstərilən düzgün aqrotexniki qulluq nəticəsində təqribən 5-10 sm, fotinya 3-5 sm, kolxida bigəvəri isə 80 sm-ə qədər böyüyüb.

Qeyd edək ki, hazırda bağda yaza hazırlıq prosesi çərçivəsində ağacların budanması və torpağın yumşaldılması işləri sürətlə davam edir.
Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib
Mərkəzi Nəbatat Bağında yeni əkilən həmişəyaşıl bitkilərə baxış keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi