azia.az
azia.az

Uşaqlar arasında bu xəstəlik sürətlə yayılır - Apteklərə axın, xəstəxanalar dolur

20-01-2022, 08:59

Son vaxtlar azyaşlılar arasında xəstələnmə halları daha çox artıb. Hətta bəzi xəstəxanalarda boş çarpayı tapmaq mümkün deyil. Həkimə edilən müraciətlər isə əsasən yüksək hərarət halları ilə bağlıdır.
Uşaqlar arasında bu xəstəlik sürətlə yayılır - Apteklərə axın, xəstəxanalar dolur
Uşaqlar arasında yayılan virus apteklərə də təsirsiz ötüşmür. Əczaçılar bildirirlər ki, xəstəliyə qarşı lazım olan dərmanlar, demək olar ki, qurtarıb.

Respublika Diaqnostika Mərkəzinin pediadrı Əkbər Quliyev də azyaşlılar arasında xəstələnmə hallarının artdığını deyir. Pediatrın sözlərinə görə, gün ərzində müayinəyə gətirilən 20 xəstənin təxminən 13-nün şikayəti eynidir. Ən böyük risk qrupu isə 5 yaşa qədər olan uşaqlar arasındadır.

Pediatr valideynlərə hərarəti olan uşaqlarını bağçaya və ya məktəbə buraxmamalarını tövsiyyə edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi