azia.az
azia.az

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb

19-01-2022, 22:37

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Ötən gün Bakıda neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl qoyuldu. Təəssüf ki, axşam saatlarında heykəl zədələndi. Vətəndaşların bir qismi hesab edir ki, bunun səbəbi heykəlin gediş-gəlişin sıx olduğu yerdə qoyulmasıdır. Bir qisim vətəndaşın fikrincə isə səbəb heykəlin podstamentinin olmamasıdır.

“TV Müsavat”ın reportyor qrupu paytaxtda sorğu edərək ictimaiyyətin rəyini öyrənməyə çalışıb.

Heykəlin müəllifi xalq rəssamı Xanlar Əhmədov “TV Müsavat”a şifahi şəkildə bildirib ki, H.Z.Tağıyev “xalq atası” kimi tanındığı üçün onun heykəli xalq arasında olmalı idi. O ki qaldı podstamentə, uzunmüddətli müzakirələrdən sonra heykəlin çox hündür olmamasına qərar verilib.

“Heykəl tunc və bürüncdən hazırlanıb. Yüngül hərəkətlə zədələnə bilməzdi”, - deyə heykəltəraş əlavə edib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib.


Nigar HƏSƏNLİ,
Alim LİFTİYEV,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi