azia.az
azia.az

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - "Hraparak"

31-12-2021, 01:07

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - "Hraparak"
Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb.
Xəbər verilir ki, Baş nazir Nikol Paşinyanın bəyanatlarından sonra Qarabağda yaşayan ermənilər Ermənistanın onlardan imtina etməsindən narahat olublar və hesab edirlər ki, Paşinyan Qarabağ üzrə danışıqlardan imtina etmək üçün zəmin hazırlayır.
“Qarabağdan bizə məlumat verdilər ki, Nikol Paşinyanın mətbuat konfransından sonra mühacirət etmək istəyənlərin sayı kəskin artıb, hətta Qarabağı heç vaxt tərk etməyəcəyini deyənlər də indi getmək barədə düşünürlər. Özləri orada qalsa belə, ailələrini Qarabağdan çıxarmaq istəyirlər. Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib və bu halda Qarabağda qalan ermənilərin taleyinin necə olacağı məlum deyil. Biz heç olmasa uşaqlarımızı buradan çıxaracağıq ki, onlar xilas olsunlar”, – erməni KİV yazır. Hər kəsi özləri kimi düşünən ermənilər elə düzgün qərar veriblər, köçsələr yaxşıdır. KONKRET.az

Xuraman Etibarlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi