azia.az
azia.az

DYP-dən texniki baxış şöbələri ilə bağlı AÇIQLAMA

27-12-2021, 15:16

DYP-dən texniki baxış şöbələri ilə bağlı AÇIQLAMA
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı əlaqədar 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günləri olsa da, polis əməkdaşları bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bu barədə Ucnoqta.az-a BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.
O bildirib ki, bayram günlərində vətəndaşların boş vaxtlarının digər günlərə nisbətən daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, eləcə də nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə BDYPİ-nin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri qeyri-iş günlərində saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək: “Nəqliyyat vasitələrinin texniki sazlığı yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Təəssüf ki, tez-tez eşitdiyimiz yol qəzaları bəzən də avtomobillərin nasazlığı ucbatından baş verir. Ona görə nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması hər şeydən əvvəl özümüzə lazımdır. Odur ki, avtomobil sahibləri və sürücülər münasib vaxtdan yararlanıb nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi