azia.az
azia.az

"Nazirlikdən deyiblər ki, guya məni evlə təmin ediblər" - Gözəl Zutova

27-12-2021, 12:03

"Nazirlikdən deyiblər ki, guya məni evlə təmin ediblər" - Gözəl Zutova
Ötən ay Türkiyənin İstanbul şəhərində keçirilən MMA döyüşü üzrə "Yusif Fighting Championship" turnirində təmsilçimiz Gözəl Zutova erməni rəqibi Nare Narqarosyana 10 saniyəyə nokaut edərək qalib olub.

Bir neçə gün öncə Gənclər və idman naziri Fərid Qayıbov xanım idmançı ilə görüşüb və qələbə münasibəti ilə təbrik edib.

"Nazirlikdən deyiblər ki, guya məni evlə təmin ediblər" - Gözəl Zutova


Uğurları ilə adından bəhs etdirən Zutova gələcək planları ilə bağlı Fanat.Az-a danışıb:

- Türkiyədə erməni idmançıya qalib gəldiyim yarış bu il iştirak etdiyim yeganə turnir deyildi. İyul ayında həmin ölkədə keçirilən Qran Pridə də çempion oldum.

2020-ci ildə isə qrafik daha çətin olmuşdu. Ümumilikdə 9 döyüş keçirmişdim. Gələn ilə də planlarımız var. Yarışlara qatılmaq niyyətindəyik. Amma bu elə məsələdir ki, öncədən bilmək olmur. Müqavilələr nəzərdə tutulur. Hazırda döyüş menecerləri mənim mümkün döyüşlərimlə bağlı razılaşmaların üzərində çalışırlar. Bir daha qeyd edim ki, öncədən demək olmur. Özüm də hazırda bundan xəbərsizəm. Amma döyüş, tarixi, rəqib və keçiriləcək ölkə müəyyən olunduqdan sonra mətbuat bundan mütləq xəbər tutacaq.


- Azarkeşlər və fəaliyyətinizi kənardan dəstəkləyənlər yaxşı formada olduğunuzu görür. Amma fiziki durumunuzu özünüz daha yaxşı bilirsiniz. Döyüşçü olaraq karyeranızı nə vaxt bitirməyi planlaşdırırsınız?

- UFC-yə getməyimə az qalıb. O yarışda iştirak edib, kəmərlə qayıtmağı planlaşdırıram. Bu istəyim reallaşsa, həmin titulla Azərbaycan çatan kimi, elə hava limanında idmanla vidalaşacağam.


"Nazirlikdən deyiblər ki, guya məni evlə təmin ediblər" - Gözəl Zutova

- Gənclər və idman naziri Fərid Qayıbovla görüşünüz oldu. Təəssüratlarınız...

- Bəli, görüşümüz oldu. Əvvəlcə qeyd etməliyəm ki, olduqca səmimi insandır. Bəlkə də yaxından tanımayanlar bilmir, amma həqiqətən istiqanlı biridir. Bir sözlə, çox yaxşı insandır. Mənə mənəvi dəstəyini nümayiş etdirdi. Növbəti ildə də Azərbaycanı döyüş idman növündə təmsil edən xanım kimi dəstəkləyəcəyinə söz verdi. Çoxları "Nazir sənə hansı mükafatı təqdim etdi?" sualını verir. Heç bir mükafat olmayıb.

Ümumiyyətlə, bu mövzu açılmışkən bir məsələyə aydınlıq gətirmək istərdim. Bəziləri mənim yerimə cavab verib ki, guya mənə ev verilib. Döyüşçü olaraq 18 illik karyeram ərzindən ev, avtomobil, pul kimi mükafatım olmayıb. Mən hərbçiyəm və hərbçilər üçün nəzərdə tutulmuş müvəqqəti evdə yaşayıram. Sənədli olaraq mənə dövlət tərəfindən heç bir mənzil və ya digər daşınmaz əmlak verilməyib. Bu günlərdə çalışdığım Fövqəladə Hallar Nazirliyinə mətbuatdan zəng olunub və ordan cavab veriblər ki, məni evlə təmin ediblər. Dövlət tərəfindən rəsmi sənədlə mənə ev verilməyib. Türkan qəsəbəsində hərbi şəhərçikdə müvəqqəti olaraq yaşayıram. Hər gün 50 kilometr yol gedib-gəlirəm. Yəni deməyim odur ki, o hərbi hissənin balansında olan evdir. Mən idmançıyam, xüsusəndə zədə riski böyük olan yarışlarda iştirak edirəm. Bundan əlavə xüsusi riskli xilasetmədə işləyirəm, yanğın olsun, suda və ya quruda olsun, bu zaman da zədələnməyəcəyimə təminat yoxdur. Mən ağır zədə alıb işə və idmana yararsız olsam, övladımla birgə çöldə qala bilərəm.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi