Gəncədə məktəbdə dərslər təxirə salındı - SƏBƏB
Gəncənin Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbində bu gün dərslər təxirə salınıb.
Azia.az APA-ya istinadən xəbər verir ki, məktəbdə elektrik enerjisi kəsildiyindən dərsə gələn şagirdlər geri qaytarılıb.
Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev bildirib ki, məktəbə gələn elektrik xətində nasazlıq yaranıb, məktəbin alternativ elektrik xətti olmadığı üçün direktor dərsləri bir günlük təxirə salıb. Çünki məktəbdə dərslər saat 8-də başladığı üçün sinif otaqları qaranlıq olur. A. Qədiməliyev qeyd edib ki, pedaqoji şuranın qərarına əsasən, bu günün dərsi şənbə gününə təyin ediləcək. Hazırda məktəbdə elektrik enerjisinin bərpa olunması istiqamətində iş gedir.