azia.az
azia.az

Tikinti şirkəti evini satmayan ailənin mənzilini başına uçurdu - Heç bir xəbərdarlıq etmədən... (VİDEO)

16-12-2021, 22:53

Bakıda tikinti şirkəti yaşayış olan evi uçurub.
 Tikinti şirkəti evini satmayan ailənin mənzilini başına uçurdu - Heç bir xəbərdarlıq etmədən... (VİDEO)
Hadisə paytaxtın Nərimanov rayonu, Əliağa Vahid küçəsi 16, mənzil beş ünvanında qeydə alınıb.

Hadisə zamanı evdə iki azyaşlı uşaq və iki qadın olub. Onları uçmuş daşların arasından qonşuları və əraziyə cəlb olunmuş aidiyyəti qurumların əməkdaşları çıxarıb.

Zərəçəkən Elnur Bağırov deyir ki, hadisəni törədən Qaya Qala tikinti şirkəti sözügedən ərazidə çoxmərtəbəli binalar inşa edir. Amma o şirkətin verdiyi kompensasiya ilə razılaşmadığı üçün öz mənzilini tərk etmir.

Nəticədə, həmin tikinti şirkəti dekabrın 15-də axşam saatlarında heç bir xəbərdarlıq etmədən evi uçurub. (oxu.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi