azia.az
azia.az

Adını dəyişən Rza Zərrabın Mayamidəki lüks həyatı - FOTOLAR

9-12-2021, 08:41

Adını dəyişən Rza Zərrabın Mayamidəki lüks həyatı - FOTOLAR
2016-cı ildə Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabın lüks həyatı ortaya çıxıb.

Azia.az xəbər verir ki, adını dəyişdirərək Aaron Qoldsmit edən iş adamı bu ilin iyulundan Mayamidəki göydələnlərin birində yaşayır. Dəyəri 3,6 milyon dollar olan 3 otaqlı evin şəxsi lifti və 2 hovuzu var. Sözügedən evin aylıq icarə haqqı isə 10 min dollardır.
Adını dəyişən Rza Zərrabın Mayamidəki lüks həyatı - FOTOLAR
Qeyd edək ki, Florida ştatında yarışlara at hazırlayan "Next Level Performance Center" adlı şirkət açan biznesmen 2011-ci ildə türkiyəli müğənni Ebru Gündeşlə evlənib. Onların bu nikahdan bir qızı var. Cütlük bu ilin mayında boşanıb. Rzanın Gündeşə Hadisə ilə xəyanət etdiyi iddia olunub.
Rza Zərrab 2016-cı ildə ABŞ-da həbs olunub, daha sonra ev dustaqlığına buraxılıb. İş adamının 2017-ci ildən azadlıqda olduğu deyilir. R.Zərrab hətta 2018-ci ildə Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi