Azərbaycanda 15 yaşlı qız onunla intim əlaqədə olan şəxsin həbs edilməməsini istədi: “Ailə quracam”
Azərbaycanda dövlət qurumunun əməkdaşı məhkəmə tərəfindən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi üzrə təqsirli bilinib. Məhkəmə istintaqının materiallarına əsasən, həmin hadisənin motivlərini təqdim edillir.
Təqsirləndirilən şəxs 2002-ci il təvəllüdlü Aydın.Z (dövlət qurumunda çalışır) və zərərçəkən 2005-ci il təvəllüdlü Bəsti.T (adlar şərtidir) 03 iyul 2018-ci ildə Bakı şəhərində tanış olublar. Tərəflər arasında dostluq zəminində davam edən münasibət sonradan sevgiyə çevrilib. Aydın və Bəsti iki ilə yaxın müddətdə bir-biriləri ilə əlaqə saxlayıb, görüşsələr də, bu müddət ərzində aralarında heç nə olmayıb.
Lakin 28 iyul 2020-ci il tarixində onlar Aydının dostunun evində görüşüblər. Bu zaman qeyri-təbii yolla cinsi əlaqədə olublar. Bundan sonra onlar arasında görüşlər davam edib. Sonuncu görüş isə 6 yanvar 2021-ci il tarixinə təsadüf edib. Bütün bu görüşlər zamanı isə ünvan dəyişilməz olaraq qalıb.
Məhkəməyə ifadəsində Aydın görüş təklifinin Bəsti tərəfindən verildiyini bildirib.
Lakin işlə bağlı daha çox maraq oyadan məqamlar məhz zərərçəkmiş Bəstinin ifadəsi zamanı ortaya çıxıb.
Bəsti ifadəsində bildirib ki, Aydınla əlaqə saxlayan zaman o onunla cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək fikrində olmasını bir neçə dəfə bildirib bunu ona təklif etsə də, həmişə onun təklifini rədd edib. 27 iyul 2020-ci il tarixdə Aydınla mobil telefonla danışan zaman ona kiminsə evində görüşmələrini təklif edəndə, o, əvvəlcə təklifi qəbul etməyib. Lakin Aydının təkidindən sonra təklifi qəbul edib və növbəti gün onunla görüşməsinə razılıq verib.
Bundan sonra, ayrı-ayrı vaxtlarda həmin evdə Aydınla təxminən 10-15 dəfə görüşmüş və hər ikisinin razılığı ilə qeyri-təbii yolla, cinsi əlaqədə olublar. Üstəlik Bəsti bildirib ki, Aydınla tanış olduqları müddət ərzində öz təşəbbüsü ilə köməklik etmək məqsədilə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 1000 manata yaxın pul vermişdir.
Aydın və Bəstinin münasibətləri barədə fikirlərində demək olar ki, təzadlar müəyyən edilməyib. Ancaq Bəstinin ifadəsində daha sonra yeni simalar peyda olub.
Belə ki, Bəsti 2019-cu ilin yayında Mahir (ad şərtidir) adlı şəxslə tanış olub. Anası və yaxın qohumları ilə birlikdə istirahət mərkəzlərinin birində olarkən tanış olduğu Mahir həmin məkanda musiqiçi kimi fəaliyyət göstərib. Mahirlə danışan zaman sonuncu onunla görüşmək istədiyini bildirsə də, Bəsti təklifdən imtina edib. 2019-cu ilin noyabrında isə növbəti görüş təklifini təkidlərdən sonra qəbul edərək saat 17:00 radələrində Mahirin musiqi dərsi keçdiyi ərazi yaxınlığında görüşüblər.
Aradan təxminən 2 həftə keçdikdən sonra yenidən eyni ərazidə Mahirlə görüşən Bəsti onun cinsi əlaqədə olmaq təklifini qəbul etməyib və ərazini tərk edib. Lakin 2020-ci ilin martında Bəsti Mahirin təklifini qəbul edərək onunla “20 yanvar” metro stansiyasının yaxınlığında görüşüb.
Bu zaman Mahir Bəstini geyimini dəyişmək üçün yaxınlıqda kirayə yaşadığı mənzilə dəvət edib. Bəsti Mahirlə birlikdə evə daxil olarkən orada Mahirin dostu ilə qarşılaşıb. Sonuncu çayını bitirdikdən sonra evi tərk edib. Bundan sonra Mahir və Bəsti həmin evdə qeyri-təbii yolla cinsi əlaqədə olublar.
İş üzrə məhkəmə iclasında zərərçəkmiş kimi iştirak edən Bəsti sonradan Mahirlə münasibətlərinin sadəcə telefon əlaqəsi ilə məhdudlaşdığını söyləyib. Bu zaman Mahir ondan ehtiyacı olduğunu bildirərək 100 manat pul istəyib. Lakin Bəsti həmin vəsaiti verə bilməyəcəyini qeyd edərək, Mahirə 50 manat pul göndərib. Mahir bir neçə gün sonra yenidən Bəstidən kirayə pulunu ödəyə bilmədiyini söyləyərək pul istəsə də, qız bundan imtina edib. Lakin təkid edən Mahir Bəstidən atasından pul alaraq ona verməsini istəyib, bunun mümkün olmadığını bildirən Bəsti Mahiri telefonunun qara siyahısına salıb və bununla da münasibətlərinə son qoyulub.
Bəstinin məhkəməyə danışdığı münasibətləri isə təkcə bununla məhdudlaşmır. 15 yaşlı qız ifadəsində bildirib ki, 14 fevral 2021-ci ildə başqa bir şəxslə də tanış olub:
Bakıdakı restoranların birində anası, azyaşlı bacısı, qonşuları Səidə və onun azyaşlı oğlu ilə birlikdə yemək sifariş ediblər. Bu zaman yan masada əyləşən Məcid və Rüstəm (adlar şərtidir) adlı şəxslərlə sonradan tanış olub.
Sözügedən tarixdə restoranda olarkən Bəstinin anası Leyla Rüstəm adlı şəxsin onu diqqətlə nəzərdən keçirdiyini deyib.
Restoranı tərk edən zaman sonradan adının Mehman (adlar şərtidir) olduğunu öyrəndiyi şəxs anasına yaxınlaşaraq ondan mobil telefon nömrəsini istəyəndə, anası mobil telefon nömrəsini həmin şəxsə vermiş və oradan çıxaraq yaşadıqları evə gediblər. Yolla gedən zaman anasının nə səbəbdən mobil telefon nömrəsini verməsini soruşanda, anası həmin şəxslə əlaqə saxlayıb danışacağını söyləyir.
Bu zaman qonşuları olan Səidə ondan yan masada oturanlardan birini (Rüstəm) işarə edərək onu necə tapa biləcəyini maraqlanıb. Bu işdə Bəsti Səidəyə sosial şəbəkə hesablarını axtarmaqda yardım edib və uğurlu alınsa da, sonda Səidə Mehmana tanışlıq üçün yazmaq fikrindən daşınıb. Lakin Rüstəmi tapmaq üçün Məcidin sosial şəbəkə hesabına yönələn Bəsti sonda onunla tanış olub.
Daha sonra hadisənin baş verdiyi restoranda növbəti dəfə əyləşən zaman Məcid və Rüstəm də həmin məkana gəliblər. Bu zaman Məcid onlara yaxınlaşıb birlikdə əyləşməyi təklif etsə Bəstinin anası Leyla bundan imtina edib.
Restorandan çıxanda isə Məcid yenidən onlara yaxınlaşıb və Elvinin adlı şəxsin avtomobili onları evə aparmağı təklif edib. Bu təklifdən xanımlar imtina etməyib. Ünvana çatdıqda isə Elvin adlı şəxs Bəstinin anası Leylanın nömrəsini alıb.
9 mart 2021-ci ildə yenidən eyni restoranda tərəflər yenidən eyni məkanda olublar. Bu zaman Elvinin təklifi ilə Bəsti, anası Leyla, qonşuları Səidə və Məcid bir yerdə kabinetlərdən birində yemək yeməyə razılaşıblar. Daha sonra Səidənin istəyi ilə Rüstəm də həmin məkana dəvət olunub.
Məhkəməyə ifadəsində Bəsti anası Leylanın həm Elvin, həm də Mehmanla görüşdüyünü sonradan öyrəndiyini, lakin aralarında konkret hansı münasibətin olmasını bilmədiyini söyləyib. O, eyni zamanda anasının Rüstəmlə də bir dəfə görüşdüyünü bildiyini vurğulayıb.
2021-ci ilin martın 25-26-da anası ilə arasında narazılıq yaranan Bəsti evi tərk edib. Vəziyyəti Məcidə danışdıqdan sonra onunla görüşməyə qərar veriblər. “Gənclik” metro stansiyası yaxınlığında görüşdükdən sonra Məcidin avtomobilinə əyləşib Nərimanov rayonunda yerləşən otellərdən birinə gediblər. Oteldə Məcidlə Bəsti qeyri-təbii yolla cinsi əlaqədə olublar.
Bu hadisənin üzərindən bir həftə keçdikdən sonra aprelin 2-də axşam saatlarında Məcid Bəstiyə zəng vurub. O, Bəstinin anasının rəfiqəsi Səidə və dostu Rüstəmlə birlikdə rayonlardan birinə getmək istədiklərini söyləyib. Bəsti imtina etmək istədikdə isə Məcid bu halda Səidənin də getmək istəmədiyini bildirib. Səidənin zəngindən sonra razı salınan Bəsti digər üç nəfərlə birgə istirahətə yollanıb. Qalacaqları otelə çatdıqdan sonra Məcid iki otaq sifariş edib. Əvvəlcə Səidə ilə birgə qalacağı deyilsə də, sonradan bəlli olub ki, Məcidlə Bəsti bir, Səidə və Rüstəm isə digər otaqda gecələyəcək.
Otel otağında Məcid Bəstiyə ilə yaxınlığa cəhd göstərsə də, qızın imtinasından sonra yatmağa qərar verib. Səhər oyananda isə gəncin bu istəyi daha da artıb. Məcidin əl çəkməyib onun əl-qolunu tutmasından sonra məcbur olub onunla razılaşaraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.
İfadəsi zamanı Bəstinin anası qızının sözügedən şəxslərlə yaşadığı hadisələrdən əvvəlcə xəbərsiz olduğunu, münasibətin sadəcə dostluq xarakteri daşıdığını düşündüyünü bildirib.
Leyla və Bəstinin ifadələrinin sonluğu isə mahiyyətcə eyni olub. Məhkəmədə çıxışı həm Bəsti, həm də Leyla Aydından şikayətçi olmaqdıqlarını bildiriblər. Elə təqsirləndirilən şəxs Aydın.Z-da son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə ailə quracağını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Sonda Aydın.Z barəsində məhkəmə hökmü oxunub.
Məhkəmə Cinayət Məcəlləsinin 152.1-ci - 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi təqsirli bilərək ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Məhkəmə qərarında qeyd olunub ki, təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin.