azia.az
azia.az

Baş prokurorun birinci müavinindən helikopter qəzası ilə bağlı AÇIQLAMA - VİDEO

1-12-2021, 14:15

Baş prokurorun birinci müavinindən helikopter qəzası ilə bağlı AÇIQLAMA - VİDEO
"Hazırda Baş Prokurorluğun istintaq idarəsində cinayət işi başlanılıb”.

Bunu Baku TV-yə açıqlamasında baş prokurorun birinci müavini Elçin Məmmədov bildirib.

O qeyd edib ki, şahidlərin dindirilməsi davam etdirilir:

"Eyni zamanda meyitlərin daxili və xarici müayinəsi tamamlanıb. Hazırda intensiv qaydada istintaq hərəkətləri davam etdirilir”.

E.Məmmədov əlavə edib ki, ilkin məlumat kimi heç bir fikir bildirmək olmaz:

"İstintaq nəticələri tədqiq olunmalıdır. Qara qutu hadisə yerindən götürülüb. Tədqiqatın nəticəsi və istintaqın gedişindən asılı olaraq ictimaiyyətə açıqlama veriləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi