azia.az
azia.az

Vahid Mustafayev: “Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir?”

1-12-2021, 11:46

Vahid Mustafayev: “Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir?”
Dünən saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 14 hərbi qulluqçu həlak olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı status paylaşan ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev telekanalların əyləncəli verilişlər yayımlamasını tənqid edib:

“Şəhidimiz olanda telekanalların efirlərindən konserti, şit verilişləri çıxarması doğrudanmı çətindir? Doğrudanmı ANS-dən vaxtında heç bir şey öyrənmədiniz? Ayıbdır, Vallah! 14 yüksək rütbəli zabitimiz Şəhid olub!!! Allah rəhmət etsin!”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi