azia.az
azia.az

Yaralanan polkovnikdən açıqlama: "Sağ qalmağımın səbəbi..." - VİDEO

1-12-2021, 11:37

Yaralanan polkovnikdən açıqlama: "Sağ qalmağımın səbəbi..." - VİDEO
"30 noyabr 2021-ci ildə bizdə praktiki atışlı təlim-məşq uçuşları olmalı idi. Səngəçal aeroodromundan qalxıb “Qaraheybət” aviasiya poliqonuna getməli idik. İstiqamət üzrə getdik".

Azia.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında helikopterdə yaralanan polkovnik-leytenant Emil cəfərov deyib. O, sərnişin kabinəsində olduğuna görə tam təfərrüatı ilə deyə bilməyəcəyini söyləyib:
“Enişi yerinə yetirmə mərhələsində helikopter qəzası baş verdi. Heç bir nasazlıq hiss olunmadı. Amma helikopterin yerə çırpılma anından sonra ikimizi də helikopterdən bayıra atdı. Qalanını xatırlamıram”.

Polkovnik 16 nəfərin helikopterdə olması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterdə desant daşıma sayı 24 nəfərdir”.

Hərbçi ayağında əzik olduğunu, sol qolunun bazu sümüyünün üst yuxarı hissəsində sınıq olduğunu deyib: “Səhhətimdə başqa problem yoxdur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi