azia.az
azia.az

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!

25-08-2021, 16:12

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!
"Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar avqustun 25-i, saat 15:00-dan avqustun 26-dək iki gün müddətində "Tovuz”, "Ağstafa” və "Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Azia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Billdirilir ki, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir. Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi